“Hraparak”: Paşinyan DİN rəhbərinə icma liderlərinə qarşı sənədlər toplamaq tapşırıb

2024/07/60-32-1720680172.jpg
Oxunub: 361     11:12     11 İyul 2024    
Ermənistan daxili işlər naziri Vahe Qazaryan bu gün deputatların və digər yüksək rütbəli rəsmilərin müşayiəti ilə böyük yürüşlə Qafana səfər edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti qeyd edib ki, Qafanda Qazaryan vətəndaşlarla görüşəcək.

“Sistemdən vətəndaşlarla regional görüşlərin yeni olmadığına, polis rəisinin mütəmadi olaraq belə görüşlər keçirməsinə əmin etsələr də, açıq mənbələrdə Qazaryanın nə vaxtsa belə görüş keçirməsinə rast gəlmədik. Vilayətdəki mənbələrimiz istisna etmirlər ki, Paşinyan Qazaryana Parsyana və digər icma başçılarına qarşı sənədlər toplamağı, adını vətəndaşların şikayətləri qoyaraq, cadugər ovuna başlamağı tapşırıb”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   DİN  


Bizi "telegram"da izləyin