Ermənistanda eksqumasiya tələb edən valideynlər etiraz edəcəklər

2024/07/image-1720679739.jpg
Oxunub: 347     10:57     11 İyul 2024    
“Qarabağda dəfn edilən şəxslərin yaxınları hökumət binası yaxınlığında etiraz aksiyası keçirmək qərarına gəliblər”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, Qarabağdan könüllü şəkildə köç etmiş bir qrup erməni valideyn mütəmadi olaraq Ermənistan hökumətinə müraciət edərək, Xankəndidə dəfn olunmuş uşaqlarının eksqumasiyasını və Ermənistana aparılmasını tələb ediblər.

“Ötən cümə axşamı valideynlər hökumət binası qarşısında hüquq-mühafizə orqanlarının əməkdaşlarına bildiriblər ki, Ermənistan hökuməti onların tələbinə biganə qalmaqda davam edərsə, etiraz aksiyası keçirəcəklər, lazım gələrsə, günlərlə hökumət binasının qarşısında qalacaqlar. 9 ay hökumətin qapılarını mənasız döyən valideynlər hökumətin iclası günü, bu gün saat 11-də etiraz aksiyası keçirmək qərarına gəliblər. Aksiyada Xankəndidə baş vermiş partlayışda həlak olanların və döyüş əməliyyatları zamanı ölənlərin yaxınları iştirak edəcəklər. Onların qohumlarının qalıqları Xankəndi qəbiristanlığında dəfn olunub”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Eksqumasiya  


Bizi "telegram"da izləyin