“Gallup”: Respondentlərin 56,7 faizi Ermənistanın Aİ-yə qoşulmasının tərəfdarıdır

2024/07/1720679647.jpg
Oxunub: 440     10:38     11 İyul 2024    
“İyulda rəyi soruşulanların 34,2 faizi Ermənistanın birmənalı şəkildə Avropa İttifaqına (Aİ) üzv olmalı olduğunu, 22,5 faizi daha çox üzv olmalı olduğunu, 13,7 faizi daha çox üzv olmamalı olduğunu, 19,1 faizi isə birmənalı olaraq üzv olmamalı olduğunu bildirib”.

Ordu.az xəbər verir ki, bunu jurnalistlərlə görüşü zamanı “Gallup” beynəlxalq tədqiqat mərkəzinin Ermənistan nümayəndəliyinin direktoru Aram Navasardyan deyib.

O qeyd edib ki, 10 faiz bu suala cavab verməkdə çətinlik çəkib.

“Respondentlərin 28,8 faizi Ermənistanın Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmaq bahasına olsa belə, birmənalı şəkildə Aİ-yə daxil olmağa çalışmalı olduğunu bildirib, 17,3 faiz daha çox bəli, 15,6 faiz daha çox xeyr, 21,4 faiz isə birmənalı olaraq xeyr cavabını verib. Təxminən 17 faiz bu suala cavab verməkdə çətinlik çəkib”, - deyə Navasardyan bildirib.

Qeyd edək ki, sorğu iyulun 3-6-da 1100 respondent arasında telefon vasitəsilə aparılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan     Sorğu   Gallup  


Bizi "telegram"da izləyin