Kanada Ukraynaya 360 milyon dollardan çox hərbi yardım ayıracaq

2024/07/1720676945.jpg
Oxunub: 337     09:32     11 İyul 2024    
Kanada hakimiyyəti Ukraynaya 500 milyon Kanada dolları (367 milyon ABŞ dolları) məbləğində hərbi yardım paketi təqdim etmək niyyətindədir.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə “National Post” qəzeti məlumat yayıb.

Bildirilib, yeni yardım paketi NATO-nun Vaşinqtonda keçiriləcək sammitində Kanadanın Baş naziri Castin Trüdo tərəfindən açıqlanacaq. Hərbi yardımın təfərrüatları açıqlanmayıb.

Qeyd edilib ki, C.Trüdo Vaşinqtonda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   Ukrayna  


Bizi "telegram"da izləyin