Sabah hərbi hissələrdə və cəzaçəkmə müəssisələrində seçki məntəqələrinin yaradılması prosesi başa çatır

2024/07/asghf-1720674948.jpg
Oxunub: 407     08:00     11 İyul 2024    
Sabah hərbi hissələrdə, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində seçki məntəqələrinin bilavasitə seçkilərdən əvvəl yaradılması prosesi başa çatır.

Ordu.az-ın xəbərinə görə, Seçki Məcəlləsinin 35.2 və 35.5-ci maddələrinə əsasən, dairə seçki komissiyaları (seçicilərin olduqları ərazilərdə müvafiq icra hakimiyyəti orqanı (Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi) və bələdiyyə qurumlarının başçıları ilə birlikdə) səsvermə gününə azı 50 gün qalanadək hərbi hissələrdə, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində seçki məntəqələrinin bilavasitə seçkilərdən əvvəl yaradılmasını təmin etməlidir.

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il iyulun 13-dək olan dövrü əhatə edir.

Müstəsna hallarda isə müvafiq dairə seçki komissiyasının qərarına uyğun olaraq hərbi hissələrin komandirləri səsvermə gününə azı 5 gün qalanadək hərbi hissələrdə, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində seçki məntəqələrinin bilavasitə seçkilərdən əvvəl yaradılmasını təmin etməlidir. Növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il avqustun 27-dək olan dövrü əhatə edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hərbi-hissələr   Seçki  


Bizi "telegram"da izləyin