Portuqaliya 2029-cu ilədək hərbi xərclərini 6 milyard avroya çatdırmağı planlaşdırır

2024/07/1720674763.jpg
Oxunub: 377     05:18     11 İyul 2024    
Portuqaliyanın Baş naziri Luiş Monteneqru 2029-cu ildə ölkənin dövlət büdcəsində müdafiə xərclərini ÜDM-in 2 %-nə qədər artıra biləcəyini vəd edib.

Ordu.az xəbər verir ki, bu barədə “Diário de Notícias” qəzeti baş nazirin Vaşinqtonda keçirilən NATO sammitində iştirak çərçivəsində müvafiq bəyanatına istinadən məlumat yayıb.

“Respublikanın təqribən 4,186 milyard avro təşkil edən cari hərbi xərcləri 2029-cu ildə təxminən 6 milyard avroya çata bilər”, – Monteneqru bildirib.

Daha əvvəl NATO-nun Baş katibi Yens Stoltenberq bildirib ki, 32 NATO ölkəsindən 23-ü 2024-cü ildə hərbi xərclərini ÜDM-in 2 %-nə qədər artırıb və alyansın ümumi hərbi xərcləri keçən illə müqayisədə 18 % artacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Portuqaliya   Hərbi-xərc  


Bizi "telegram"da izləyin