ABŞ yenidən İsrailə ağır bombaları göndərməyə başlayıb

2024/07/1720674697.jpg
Oxunub: 393     05:05     11 İyul 2024    
ABŞ, Bayden administrasiyasının 2 aydır göndərməyi dondurduğu 227 kiloqramlıq bombaları yenidən İsrailə göndərməyə başlayıb.

Ordu.az xəbər verir ki, bununla bağlı “Reuters“ agentliyi məlumat yayıb. Məlumatda həmçinin bombaların daşınma prosesində olduğu və qısa müddətdə İsrailə çatmasının gözlənildiyi bildirilib.

Xatırladaq ki, Bayden administrasiyası may ayında İsrailin əhalinin sıx məskunlaşdığı Rəfah şəhərinə hücum edəcəyini elan etməsindən sonra mülki əhalinin tələfatının qarşısını almaq üçün bir tonluq və 227 kiloqramlıq bombaların İsrailə göndərilməsini dayandırmışdı.

Mətbuatda sözügedən silahların 1800 ədəd 1 tonluq, 1700 ədəd isə 227 kiloqramlıq bombalardan ibarət olduğu bildirilirdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İsrail   Bomba  


Bizi "telegram"da izləyin