Blinken və Berbok Azərbaycan – Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edib

2024/07/1720674465.jpg
Oxunub: 365     03:08     11 İyul 2024    
ABŞ-nin dövlət katibi Antoni Blinken almaniyalı həmkarı Annalena Berbokla Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ətrafında fikir mübadiləsi aparıb.

Ordu.az xəbər verir ki, bu barədə amerikalı diplomat sosial şəbəkədə yazıb.

“Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə görüşərək Ukraynaya dəstək, Qəzza zolağında atəşkəsin təmin edilməsi və Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə edilməsində irəliləyişi müzakirə etdik”, – ABŞ-nin baş diplomatı qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Blinken   Berbok   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin