Türkiyə 2026-cı ildə keçiriləcək NATO sammitinə ev sahibliyi edəcək

2024/07/1720674361.jpg
Oxunub: 406     01:31     11 İyul 2024    
NATO-nun növbəti sammiti Niderlandda keçiriləcək. 2026-cı ildə isə tədbirə Türkiyə ev sahibliyi edəcək.

Ordu.az xəbər verir ki, bu barədə NATO-nun dövlət və hökumət başçılarının görüşünün yekun bəyannaməsində deyilir.

“Amerika Birləşmiş Ştatlarının bizə göstərdiyi səxavətli qonaqpərvərliyə görə minnətdarlığımızı bildiririk. Biz 2025-ci ilin iyununda Niderlandın Haaqa şəhərində keçiriləcək növbəti Zirvə Toplantımızda yenidən görüşməyi, ardınca isə Türkiyədə görüşməyi səbirsizliklə gözləyirik”, – sənəddə qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   NATO   Sammit  


Bizi "telegram"da izləyin