"Türkiyə İraq və Suriya ilə sərhəddə təhlükəsizlik zonası yaratmaq niyyətindədir" - Nazir

2023/10/651f2-1696568235.jpg
Oxunub: 655     22:22     10 İyul 2024    
Türkiyə İraq və Suriya ilə sərhəddə təhlükəsizlik zonası yaratmaq niyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər "Politico" qəzetinə müsahibəsində ​​deyib.

"Türkiyə İraq və Suriya ilə sərhəddə 30-40 kilometr dərinlikdə təhlükəsizlik zonası yaratmaq və bu bölgəni terrorçulardan tamamilə təmizləməkdə qərarlıdır", - deyə nazir bildirib.

Y.Gülər ​​qeyd edib ki, Türkiyə silahlı qüvvələrinin antiterror əməliyyatları sonuncu terrorçu zərərsizləşdirilənə qədər davam edəcək.

Nazir həmçinin vurğulayıb ki, Ankara Türkiyənin NATO üzvü kimi etibarsızlığı ilə bağlı bəyanatları qəti şəkildə rədd edir:

"Bu tamamilə yalnışdır. 32 müttəfiqin hər mövzuda eyni fikirdə olması mümkün deyil. Bəzi ölkələr bu cür fikirlər formalaşdırmağa çalışırlar".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İraq   Suriya  


Bizi "telegram"da izləyin