Xakerlər Cənubi Afrika nazirliyindən 16 milyon dollardan çox pul oğurlayıblar

2020/07/xaker-1594717356.jpg
Oxunub: 570     00:04     11 İyul 2024    
Cənubi Afrika Respublikasında rəqəmsal texnologiyadan istifadə edən hakerlər və dələduzlar son 10 il ərzində Afrika ölkəsinin İctimai İşlər və İnfrastruktur Nazirliyindən 300 milyon rand (16,6 milyon dollar) oğurlayıblar.

Ordu.az-ın məlumatına görə, bu barədə iyunun 30-da nazirliyə rəhbərlik edən Din Makferson auditin ilk nəticələrinə dair brifinqdə deyib.

"Yoxlamalar davam etdirildiyi üçün irkiləe daha çox ola bilər", - deyə o bildirib. D.Makferson deyib ki, nazirliyə ən son kiberhücumlar may ayında baş verib. Daha sonra, onun sözlərinə görə, cinayətkarlar 24 milyon rand (1,3 milyon dollar) oğurlayıblar.

O, xakerlərin nazirlik şəbəkələrini sındırmaq üçün getdikcə daha çox süni intellektdən istifadə etdiyini istisna etməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xakerlər   CənubiAfrika  


Bizi "telegram"da izləyin