Rusiya XİN: Ukrayna ilə bağlı İranın vasitəçiliyini nəzərdən keçirməyə hazırıq

2024/05/1716615279.jpg
Oxunub: 458     19:22     10 İyul 2024    
Rusiya Ukrayna ilə bağlı İranın vasitəçiliyini nəzərdən keçirməyə hazırdır.

Ordu.az xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

O qeyd edib ki, belə bir müraciət daxil olarsa, Rusiya İranı Ukrayna ilə bağlı vasitəçi kimi nəzərdən keçirməyə hazırdır.

Rudenko 2024-cü ildə danışıqların mümkünlüyü barədə danışarkən deyib ki, Kiyev real mövqe tutduqda Rusiya Federasiyası ilə Ukrayna arasında danışıqlar baş tutacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   İran   Ukrayna  


Bizi "telegram"da izləyin