ƏƏSMN əməkdaşları keçmiş hərbi qulluqçuları qəbul edib

2024/07/1720624358.jpg
Oxunub: 533     18:50     10 İyul 2024    
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gələn 5 nəfər keçmiş hərbi qulluqçu nazirlik əməkdaşları tərəfindən qəbul edilib və müraciətləri dinlənilib.

Bu barədə Ordu.az-a ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Onların dövlət tərəfindən hüquqları çatan müvafiq sosial dəstək tədbirləri ilə əhatə olunduğu bir daha bildirilib.

Bərdə rayon sakini Hüseynov Pərvinə müharibə veteranlarına Prezidentin aylıq təqaüdü ödənilir. Sağlamlıq vəziyyətində əlillik əlamətlərinin müəyyən edilməsi üçün martın 1-də Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib, diaqnozunun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilib.

Salyan rayon sakini Ağayev Samir də müharibə veteranlarına Prezidentin aylıq təqaüdü ilə təmin edilib. Əlavə olaraq ona 5550 manat məbləğində vəsait ödənişi həyata keçirilib (YAŞAT Fondu tərəfindən 5000 manat yardım, 550 manat sığorta ödənişi). Onun əlilliyinin qiymətləndirilməsi ilə bağlı martın 5-də Agentlikdə əyani müayinə keçirilib. Sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib.

Gədəbəy rayon sakini Ələkbərov Ceyhuna müharibə veteranlarına Prezidentin aylıq təqaüdü ödənilir. Həmçinin ona 2750 manat sığorta ödənişi həyata keçirilib. Əlilliyinin qiymətləndirilməsi ilə bağlı keçən ilin aprel, iyul aylarında və cari ilin 9 fevral tarixində Agentlikdə əyani müayinələrdə iştirak edib. Ona qanunvericiliyin tələbləri izah edilərək, sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi bildirilib.

Samux rayon sakini Məmmədov Şamil də müharibə veteranlarına Prezidentin aylıq təqaüdü ödənilir. Həmçinin ona 2750 manat sığorta ödənişi həyata keçirilib. Əlilliyinin qiymətləndirilməsi ilə bağlı 19 dekabr 2023-cü il tarixdə Agentlikdə əyani müayinə edilib. Sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib.

Bakı şəhər sakini Rəhimov Elmirə müharibə veteranlarına Prezidentin aylıq təqaüdü ödənilir. Həmçinin ona 550 manat sığorta ödənişi, 269 manat isə YAŞAT Fondu tərəfindən yardım edilib. Əlilliyinin qiymətləndirilməsi ilə bağlı 1 mart 2024-cü il tarixində Agentlikdə əyani müayinə edilib. Sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib.

Nazirliyə gələn şəxlərin hər birinə qanunvericilik bir daha izah edilib. Onlara məşğulluqlarının təmin edilməsi və digər sosial dəstək tədbirlərinin göstərilməsi təklif edilsə də qəbul etməyiblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ƏƏSMN   Keçmiş-hərbi-qulluqçular  


Bizi "telegram"da izləyin