Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfərə gedib

2024/07/mm-1720616700.jpg
Oxunub: 463     16:57     10 İyul 2024    
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura iclasında və BRİKS ölkələrinin X Parlament Forumunda iştirak etmək üçün iyulun 10-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfərə gəlib.

Parlamentdən Ordu.az-a verilən məlumata görə, “Pulkovo” hava limanında nümayəndə heyətini Sankt-Peterburq Qanunvericilik Məclisinin sədr müavini Pavel İtkin, Sankt-Peterburq hökumətinin hazırkı üzvü və Sankt-Peterburqun Xarici Əlaqələr Komitəsinin sədri Evgeniy Qriqoryev, MDB PA Şurasının Baş katibi Dmitri Kobitski, Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulu Sultan Qasımov, Milli Məclisin MDB PA-dakı daimi nümayəndəsi Aydın Cəfərov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova BRİKS Parlament Forumunun plenar və MDB PA-nın Şura iclaslarında iştirak edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sahibə-Qafarova   Rusiya  


Bizi "telegram"da izləyin