USAID rəhbəri: "Azərbaycan və Ermənistan sülh sazişi imzalamağa yaxındır"

2024/07/0f866-1720615140.jpg
Oxunub: 447     16:12     10 İyul 2024    
Azərbaycan və Ermənistan sülh sazişi imzalamağa yaxındır, hər iki ölkə buna nail olmaq üçün səy göstərir.

Ordu.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.

“Bu gün Ermənistan onilliklərlə davam edən münaqişəyə son qoya biləcək sülh sazişi imzalamağa yaxındır. Ermənistan və Azərbaycan hökumətlərinin nümayəndələri barışığa yönəlmiş danışıqları davam etdirirlər. ABŞ Ermənistanın bu tarixi məqamdan istifadəsinə kömək etmək üçün əlindən gələni edəcək”, - o vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: USAID   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin