Marin Le Pen yenidən “Milli Birlik” fraksiyasının lideri olub

2023/09/1695721381.jpg
Oxunub: 424     16:02     10 İyul 2024    
Marin Le Pen yenidən Milli Assambleyada (Fransa parlamentinin aşağı palatası) “Milli Birlik” parlament fraksiyasının lideri olub.

Ordu.az xəbər verir ki, bu barədə RFI radiostansiyası məlumat yayıb.

“Bu gün Marin Le Pen Milli Assambleyada yenidən “Milli Birlik” qrupunun lideri seçilib”, - radiostansiya parlamentdəki mənbələrə istinadən xəbər verir.

Marin Le Pen 2022-ci ilin iyunundan parlament fraksiyasına rəhbərlik edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Marin-Le-Pen   Fransa  


Bizi "telegram"da izləyin