Litvalı nazir: "Rusiya Avropa və ABŞ-dən çox mərmi istehsal edir"

2024/07/668e6-1720609411.jpg
Oxunub: 509     14:58     10 İyul 2024    
“Rusiya hazırda əvvəlkindən daha çox silah-sursat və artilleriya qurğuları istehsal edir”.

Ordu.az-ın məlumatına görə, bu barədə yazı “Business Insider” portalında dərc olunub.

Məqalədə vurğulanıb ki, adı çəkilən ölkənin hərbi sənayesi gözləntilərin əksinə olaraq istehsal gücünü daha tez bərpa edə bilib.

Litvanın müdafiə naziri Laurinas Kaşyunas isə NATO sammiti zamanı jurnalistlərə bildirib ki, əgər müharibəyədək Rusiya tərəfi ildə 400 min ədəd 152 millimetrlik top mərmisi istehsal edirdisə, hazırda bu rəqəm 2 milyona çatdırılıb.

“Müqayisə üçün bildirək ki, Avropada analoji mərmilərin illik istehsal həcmi 600 mindən, ABŞ-də isə 350 min ədəddən aşağıdır. Rusiyaya qarşı effektiv müdafiənin təşkili üçün xüsusilə hava hücumundan müdafiə və uzaqmənzilli raketlərlə bağlı çatışmazlıqlar aradan qaldırılmalıdır. Bu sahədə tədbirlər kifayət qədər ləng həyata keçirilir” - yazıda belə qeyd edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Avropa   ABŞ  


Bizi "telegram"da izləyin