İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb - FOTO

2024/07/1dd5a-3441216642.jpg
Oxunub: 515     14:37     10 İyul 2024    
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.

Ordu.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilib ki, iyul ayının 10-da saat 03:50-də DSX-nin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 36 kiloqram 790 qram narkotik vasitə ( marixuana 34 kq 690 qram; tiryək 2 kq 100 qram) və 1200 ədəd Metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DSX   Azərbaycan   İran  


Bizi "telegram"da izləyin