Rusiyalı politoloq: “Biz Paşinyanın hakimiyyətə gələcəyini bilirdik, Moskva bilirdi, amma qarşısını almadı”

2021/10/maxre-1634118302.jpg
Oxunub: 700     14:33     10 İyul 2024    
“İstərdik ki, Moskva bir şəkildə Ermənistanda baş verən aksiyalara müdaxilə etsin, heç olmasa tərəflərdən birini dəstəkləsin, amma təəssüflər olsun, bu, yoxdur”.

Ordu.az xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov deyib.

Tarasovun sözlərinə görə, onda belə bir təəssürat yaranıb ki, iki ölkə arasında münasibətlərdə ciddi fasilə yaranıb və bu, çox subyektiv xarakter almağa başlayıb.

“Putinlə Paşinyan münasibətlərində nəsə baş verib, başa düşürsünüz? Rusiya tərəfi Paşinyana etibar etməyi dayandırıb. Nə baş verdiyini deyə bilmərəm, təbii olaraq səbəbin nə ola biləcəyini güman edirəm, amma açıqlaya bilmərəm, çünki sübut bazam yoxdur. Amma bir şey aydındır ki, iki ölkənin rəhbərliyi arasında yadlaşma var”, - deyə o qeyd edib.

Tarasov bildirib ki, Paşinyanın hakimiyyətə gəlməsi Rusiyanın səhvi idi.

“Paşinyanın hakimiyyətə gəlməsi bizim səhvimiz idi, biz Paşinyanın hakimiyyətə gələcəyini bilirdik, Moskva bilirdi, amma o prosesin qarşısını almaq üçün heç nə etmədi. Biz sonra nə olacağını bilirdik... Bir sözlə, faciə olacağını bilirdik”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Hakimiyyət   Rusiya  


Bizi "telegram"da izləyin