“SpaceX”ə Avropanın cavabı: “Ariane 6” kosmosda

2024/07/1720601171.jpg
Oxunub: 513     16:48     10 İyul 2024    
Avropa Kosmik Agentliyinə (ESA) üzv ölkələrin uzun müddətdir gözlədikləri “SpaceX”in kommersiya buraxılış bazarına rəqib olacaq “Ariane 6” adlı yeni raket inkişaf prosesində illərlə yaşanan gecikmələr və tıxanmalardan sonra ilk missiyasına çıxıb.

Ordu.az xəbər verir ki, raket Cənubi Amerikanın şimal ucunda yerləşən Fransız Qvianasının Kuru şəhərindəki Qayana Kosmik Mərkəzindən saat 15:00-dan sonra heç bir problem olmadan havaya qalxıb.

“Ariane 6”nın operatoru Fransada yerləşən “Arianespace” buraxılış xidməti təminatçısıdır.

Aerokosmik şirkət 1980-ci ildə yaradılıb və dünyanın ilk kosmos daşıma şirkəti kimi tanınır.

“Arianespace” “Airbus” və “Safran” arasında güclü raket hazırlayan və istehsal edən birgə müəssisə olan “ArianeGroup”un bir hissəsidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SpaceX   Avropa  


Bizi "telegram"da izləyin