Cənubi Koreya Polşadan PUA ala bilər

2024/07/2024--1720601095.jpg
Oxunub: 531     16:55     11 İyul 2024    
Seul Polşanın Pilotsuz Uçuş Aparatlarının (PUA), xüsusən də Ukraynada effektiv şəkildə istifadə edilən hava hücumu vasitələrinin alınması tələbini araşdırır, çünki bu, əhəmiyyətli bir silah müştərisi ilə daha çox müqavilələrin bağlanmasına kömək edə bilər.

Ordu.az xəbər verir ki, Polşa ötən ay müdafiə naziri Şin Von-sikin başçılıq etdiyi Cənubi Koreya nümayəndə heyətinə bir sıra PUA-lar satıb.

Məlumata görə, Polşa hökuməti PUA-ların döyüşdə sübut edilmiş effektivliyini və onların nisbətən aşağı qiymətini qeyd edib.

Polşa Cənubi Koreya ilə böyük silah müqavilələri, o cümlədən 2022-ci ildə mexanikləşdirilmiş haubitsalar, tanklar və döyüş təyyarələri üçün 22 milyard dollarlıq müqavilə imzalayıb ki, bu da Cənubi Koreyanın indiyə qədərki ən böyük silah satışıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Polşa   PUA  


Bizi "telegram"da izləyin