Tayvan rəqəmlərin müharibələrdə qalibiyyət gətirmədiyini düşünür

2024/07/2024--1720600557.jpg
Oxunub: 451     12:00     11 İyul 2024    
Tayvan administrasiyasının rəhbəri Lai Çinq-te hava qüvvələri zabitlərinə deyib ki, tarixdə kiçik orduların daha böyük rəqibləri məğlub etməsinin bir çox nümunəsi olub.

Ordu.az xəbər verir ki, Tayvanı öz ərazisi hesab edən Çin, Tayvan administrasiyasının sərt etirazlarına baxmayaraq, Pekinin suverenlik iddiasını qəbul etməsi üçün Taypeyə təzyiq etmək məqsədilə dörd ildir adanın ətrafında müntəzəm təlimlər keçirir.

Tayvanın administrasiyasının silahlı qüvvələri Çinin silahlı qüvvələri ilə müqayisədə çox kiçikdir.

Kamuflyaj hərbi uniformalar geyinən və Tayvanın mərkəzindəki bir aviabazada Tayvan administrasiyasının istehsalı “Ching-kuo” yerli müdafiə təyyarəsinin önündə suallara cavab verən Lai hərbi gücün sadə riyazi toplama və çıxma olmadığını deyib.

“Avadanlıqların miqdarı, şübhəsiz ki, vacibdir, lakin o, bir ölkənin hərbi gücünü təmsil edə bilməz”, - deyə o bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tayvan   Çin  


Bizi "telegram"da izləyin