Yunanıstan HDQ döyüş başlıqlı raketlərlə böyük təlim keçirib

2024/07/2024--1720600438.jpg
Oxunub: 385     12:28     11 İyul 2024    
Yunan Hərbi Dəniz Qüvvələri (HDQ) 2024-cü il iyulun 2-3-də inventarındakı gəmidən atılan bütün idarə olunan raketləri əhatə edəcək şəkildə 5 müxtəlif növdən 9 raket ataraq, bir sıra döyüş atışlı raket buraxılışları həyata keçirib.

Ordu.az xəbər verir ki, bəzi raket sistemləri, xüsusilə HARPOON gəmi əleyhinə raketləri 25 ildən sonra ilk dəfə tətbiq edilib.

Bunun son nümunəsi 1999-cu ilin payızında “Hydra” freqatının Şərqi Aralıq dənizinə diqqət yetirən BRIGHT STAR NATO təliminə qatılmasıyla baş verib.

Yayımlanan foto, məlumat və videolara görə, Yunanıstan HDQ komandanı vitse-admiral Dimitrios-Elefterios Katarasın da izlədiyi, İoni dənizinin geniş bölgəsində keçirilən təlimdə ümumilikdə 13 gəmi iştirak edib.

Yunanıstan HDQ bildirib ki, bütün idarə olunan raketlər mürəkkəb və çətin suüstü və hava təhlükəsi ssenarilərində uğurla sınaqdan keçirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   HDQ  


Bizi "telegram"da izləyin