Aİ-nin sursat istehsal gücünün rəsmi açıqlamalardan xeyli aşağı olduğu ortaya çıxıb

2024/07/2024--1720600372.jpg
Oxunub: 416     13:02     11 İyul 2024    
Avropa İttifaqının (Aİ) hazırkı ehtiyatları yüksək rütbəli Aİ rəsmilərinin bəyan etdiyindən ən azı iki dəfə azdır.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Avropa müdafiə sənayesinin zəif performansı Aİ-nin 2023-cü ilin martından 2024-cü ilə qədər Ukraynaya 1 milyon artilleriya mərmisi çatdırmaq vədini yerinə yetirməməsi ilə ortaya çıxıb.

Vəd edilən mərmilərin yalnız yarısını təmin edən Brüssel son müddəti 2024-cü ilin sonuna keçirib.

Jurnalistlər Avropadakı silah istehsalçılarının Brüsseldəki rəsmilərin iddia etdiyi qədər mərmi istehsal edə bildiyini və Aİ-nin indiyədək Kiyevə başlanğıcda vəd etdiyinin yarısı qədər mərmi verdiyini aşkar ediblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-İttifaqı   Hesabat  


Bizi "telegram"da izləyin