ABŞ-nin Yunanıstana təklif etdiyi Ehtiyacdan Artıq Müdafiə Materialı Proqramında fasilələr yaşanır

2024/07/2024--1720600271.jpg
Oxunub: 412     11:24     11 İyul 2024    
ABŞ dövlət katibi Entoni Blinkenin Yunanıstan üçün yolunu açdığı Ehtiyacdan Artıq Müdafiə Materialı (EDA) Proqramının təklif edilən bir çox avtomobilin köhnə olması səbəbindən fasilələrə məruz qaldığı bildirilib.

Ordu.az xəbər verir ki, bu barədə “Kathimerini” qəzeti adını açıqlamadığı mənbələrə istinadən bildirib.

Yunanıstan Hərbi Dəniz Qüvvələri (HDQ) Baş Qərargahın təsdiqi ilə EDA Proqramı çərçivəsində ABŞ-dən LCS sinfinə məxsus döyüş gəmilərinin alınmasını onlara təklif edilən gəmilərin proqramda qeyd olunanlardan daha köhnə olduğunu əsas gətirərək rədd edib.

Digər tərəfdən ABŞ və Yunanıstanın birgə apardığı incələmədə proqramda adı keçən 62 ədəd “Bradley” tipli zirehli vasitənin əlverişsiz vəziyyətdə olduğu müəyyən edilib. İncələmədə bu vasitələrin alınmasından imtina edilib, çünki onların döyüş vəziyyətinə gətirilməsi üçün tələb olunan sərmayə çox yüksəkdir.

Proqramda yer alan C-130-H tipli nəqliyyat təyyarələrinin texniki xidmət xərclərinin yüksək olacağı təxmin edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yunanıstan  


Bizi "telegram"da izləyin