Almaniya ordusu “Wolf” adı altında 5800 ədəd yeni “Mercedes-Benz G” seriyalı hərbi cip almağı planlaşdırır

2024/07/2024--1720600163.jpg
Oxunub: 395     11:45     11 İyul 2024    
Almaniya ordusunun “Wolf” adı altında 5800 ədəd yeni “Mercedes-Benz G” seriyalı hərbi cip almağı planlaşdırdığı bildirilir.

Ordu.az xəbər verir ki, “Wolf” üçün əsas “Mercedes-Benz” tərəfindən 2021-ci ildən “Graz” zavodunda istehsal olunan G seriyası 464 olacaq.

İlk dəqiq sifarişə 240 milyon avro dəyərində 1200 ədəd avtomobil (5 prototip avtomobil, 1105 komanda avtomobili və 90 hərbi polis üçün avtomobil) daxil olacaq.

5 prototip avtomobil 2024-cü ilin noyabrında, birinci seriyanın qalan avtomobilləri isə 2025-ci ilin sonundan 2027-ci ilə qədər təhvil veriləcək. Daha sonra 2032-ci ilə qədər tədarük üçün 1,1 milyard avro dəyərində daha 4600 istəyə bağlı avtomobil sifariş etmək planlaşdırılır.

Avtomobillər D-LBO rəqəmsal taktiki radiostansiya dəstləri ilə təhvil veriləcək. Bundesver dəstlərin ayrıca alınması üçün daha 292 milyon avro ayıracaq.

“Mercedes-Benz G-Class” 1990-cı illərdən bəri Bundesverin standart yolsuzluq avtomobili olub və əvvəllər 12.000-dən çox ədəd alınıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Ordu   Wolf  


Bizi "telegram"da izləyin