PKK terror təşkilatı FPV tipli PUA-ların istehsalına başlayıb

2024/07/2024--1720600087.jpg
Oxunub: 723     18:26     10 İyul 2024    
Türkiyənin İraqın şimalındakı hərbi əməliyyatları PKK-nın strategiyasını dəyişməsinə və getdikcə FPV tipli Pilotsuz Uçuş Aparatlarından (PUA) istifadə etməsinə səbəb olub.

Ordu.az xəbər verir ki, son iki ildə Türkiyə müşahidə və hava üstünlüyü kimi qabaqcıl hərbi imkanlarından istifadə edərək həyata keçirdiyi bir sıra əməliyyatlarla İraqdakı PKK terrorçularını cənuba və Türkiyə sərhədindən uzağa çəkilməyə məcbur edib.

Türkiyə quru qüvvələri keçmiş PKK-nın qalası sayılan Metina dağı kimi ərazilərə daxil olublar.

Buna cavab olaraq Türkiyə, Aİ və ABŞ tərəfindən terrorçu qrup kimi müəyyən edilən PKK döyüş taktikasını dəyişib.

İyun ayında PKK Türkiyə ordusuna qarşı ən azı 17 ədəd FPV tipli PUA hücumu həyata keçirib. Türkiyənin təhlükəsizlik mənbələri bu hücumların cüzi maddi ziyanla nəticələndiyini bildirir.

Mövzu ilə bağlı məlumatı olan mənbələr “Middle East Eye”a bildiriblər ki, PKK beynəlxalq əlaqələri və Suriya üzərindən qurduğu maliyyə şəbəkələrindən istifadə edərək, İraqın şimalında, Süleymaniyyə və Qəndil arasındakı müxtəlif bölgələrdə FPV tipli PUA istehsalı emalatxanaları qurub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İraq   PUA  


Bizi "telegram"da izləyin