Yaponiya Özünümüdafiə Qüvvələri 2023-cü maliyyə ili üçün məşğulluq hədəfinin yarısında qalıb

2024/07/2024--1720599969.jpg
Oxunub: 354     10:43     11 İyul 2024    
Yaponiya Özünümüdafiə Qüvvələri (SDF) 2023-cü maliyyə ili üçün nəzərdə tutulan məşğulluq səviyyəsinin 51 faizinə çata bilər.

Ordu.az xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi bildirib.

Nazirliyin açıqladığı məlumatlara görə, 2023-cü ilin aprel, 2024-cü ilin mart aylarını əhatə edən 2023-cü il maliyyə ilində hədəflənən məşğulluq səviyyəsinə çatmaq mümkün olmayıb.

Maliyyə ili üçün 19 min 598 yeni işçi işə götürməyi hədəfləyən SDF 51 faizə bərabər olacaq şəkildə yalnız 9 min 959 işçini işə götürə bilib.

Azalan doğum nisbətləri və özəl sektor rəqabəti indiyə qədər ən aşağı məşğulluq səviyyəsi kimi qeydə alınan məlumatlara mənfi təsir göstərib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   MN  


Bizi "telegram"da izləyin