IAI adı açıqlanmayan bir tərəflə 1 milyard dollarlıq müqavilə elan edib

2024/07/2024--1720598472.jpg
Oxunub: 484     17:17     10 İyul 2024    
“Israel Aerospace Industries” (IAI) verdiyi açıqlamada sistemlərindən birinin adı açıqlanmayan üçüncü tərəfə tədarükü üçün 1 milyard dollarlıq müqavilə imzaladığını bildirib.

Ordu.az xəbər verir ki, İsrailin ən qabaqcıl Pilotsuz Uçuş Aparatları (PUA) və raketdən müdafiə sistemlərini istehsal edən IAI Təl-Əvivdə etdiyi qanuni bir müraciətdə müqavilənin təxminən 1 milyard dollara çatacağının və 5 il ərzində tamamlanacağının gözlənildiyini açıqlayıb.

Şirkət sövdələşmənin 2029-cu ilə qədər tamamlanacağını gözləyərkən, IAI işin gedişi, icra və zəmanətlərə əsasən müştəriyə müxtəlif məbləğlərdə zəmanət verəcəyini qeyd edib.

Əlavə təfərrüatlar verməkdən imtina edən IAI üçüncü tərəfə bir sistem istehsal edəcəyini və tədarük edəcəyini bildirib.

Son 1 milyard dollarlıq sövdələşmə “Arrow 3” hava hücumundan müdafiə sisteminin ötən il Almaniyaya 3,5 milyard dollara satışından sonra həyata keçirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: IAI   İsrail   PUA  


Bizi "telegram"da izləyin