Tayvan 2025-ci ildə yeni yerli kamikadze PUA-larının kütləvi istehsalına başlamağı planlaşdırır

2024/07/2024--1720598340.jpg
Oxunub: 506     21:30     10 İyul 2024    
Çinlə suverenlik mübahisəsi olan Tayvan administrasiyası müdafiə imkanlarını təkmilləşdirmək çərçivəsində 2025-ci ildən etibarən yerli “Type-1”, “Type-2” kamikadze tipli Pilotsuz Uçuş Aparatları (PUA) və “Chien Hsiang” radiasiya əleyhinə PUA-ları istehsal etməyi planlaşdırır.

Ordu.az “taiwannews.com”a istinadən xəbər verir ki, Tayvan administrasiyasının Müdafiə Nazirliyinin 2025-ci il büdcəsinə yerli “Type-1” və “Type-2” PUA-larının kütləvi istehsalı üçün lazımi ayırma əlavə olunacaq.

Tayvan administrasiyasının ordusunun dəniz və hava döyüş qabiliyyətinin inkişafı üçün xüsusi büdcəyə daxil edilən “Chien Hsiang” radiasiya əleyhinə PUA-larının kütləvi istehsalı planı da 2025-ci ildə tamamlanacaq.

“Type-1”, “Type-2” və “Chien Hsiang” tipli PUA-lar Tayvan administrasiyasının Milli Çunq-Şan Elm və Texnologiya İnstitutu (NCSIST) tərəfindən hazırlanıb.

“Type-1” və “Type-2” PUA-ları düşmən zirehli vasitələrinə qarşı tətbiq edilərkən, “Chien Hsiang” PUA-ları quruda və gəmilərdə yerləşən radar stansiyalarını məhv etmək üçün hazırlanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tayvan   PUA  


Bizi "telegram"da izləyin