Çinin Y-20 nəqliyyat təyyarəsi Moskvaya şübhəli eniş edib

2024/07/2024--1720598252.jpg
Oxunub: 532     16:12     10 İyul 2024    
Çin Xalq Azadlıq Ordusu Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus Y-20 nəqliyyat təyyarəsi Moskvaya şübhəli eniş edib.

Ordu.az xəbər verir ki, təyyarənin Rusiyaya hərbi yardım daşıyıb-daşımadığı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Bayden administrasiyasının yüksək rütbəli rəsmiləri iddia edirlər ki, Çin Rusiya-Ukrayna müharibəsinin başlaması ilə Rusiyaya mühüm texnologiyalar tədarük edib.

Səlahiyyətlilər tərəfindən verilən açıqlamada bu texnologiyaların arasında müxtəlif istehsal maşınları, Pilotsuz Uçuş Aparatı (PUA) və turboreaktiv mühərrikləri, qanadlı raket texnologiyaları, mikroelektron sistemlər və Rusiyanın silah yanacağı hazırlamaq üçün istifadə etdiyi nitroselüloz kimi məhsulların olduğu bildirilir.

Bununla belə, rəsmilərdən biri onu da qeyd edir ki, Çin və Rusiya şirkətləri Rusiyada PUA istehsalı üçün birgə işləyirlər.

Britaniya rəsmiləri də son aylarda oxşar bəyanatlarla çıxış ediblər. 2024-cü ilin mayında Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps Rusiya və Çinin Ukraynadakı müharibədə istifadə olunacaq döyüş avadanlıqları üzərində əməkdaşlıq etdiyini deyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Y-20   Moskva  


Bizi "telegram"da izləyin