“CTech” TÜRKSAT 6A ilə kosmosa çıxdı

2024/07/2024--1720597817.jpg
Oxunub: 500     15:50     10 İyul 2024    
TÜRKSAT 6A peykinin buraxılması ilə “CTech” hava, quru və dənizdən sonra kosmosu da iş sahələrinə əlavə edir.

Ordu.az xəbər verir ki, Türkiyənin ilk yerli istehsal olan rabitə peyki TÜRKSAT 6A-nın layihə tərəfdaşları arasında olan “CTech” peykin kosmosa göndərilməsiylə hava, quru və dənizdən sonra kosmosu da iş sahələrinə əlavə edir.

Bu çərçivədə şirkət 35.786 km yüksəklikdən rabitə təmin edən ilk yerli şirkət olub.

İstehsalında “TÜBİTAK Uzay”, TUSAŞ, ASELSAN və “CTech”in layihə ortaqları olduğu TÜRKSAT 6A peyki ABŞ-dən “Space X” şirkətinə məxsus “Falcon 9” raketi ilə 2024-cü il iyulun 9-da kosmosa göndərilib.

Kosmosa buraxıldıqdan sonra peyk orbitə yerləşməzdən əvvəl 36 min km yüksəkliyə qalxacaq və onun rabitə sistemləri burada da işləyəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: CTech   TÜRKSAT-6A  


Bizi "telegram"da izləyin