Türkiyə HDQ komandanı İspaniyaya səfər edib

2024/07/2024--1720597658.jpg
Oxunub: 496     15:33     10 İyul 2024    
Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı admiral Ercüment Tatlıoğlu 2024-cü il iyulun 3-6-da İspaniyada səfərdə olub.

Ordu.az xəbər verir ki, Tatlıoğlu İspaniya HDQ-nin komandanı admiral Antonio Pineiro Sançesin rəsmi qonağı olaraq İspaniyaya səfər edib.

Səfər çərçivəsində Türkiyə ilə İspaniya arasında dəniz platformaları ilə bağlı əməkdaşlıq, birgə layihələr və təlimlərlə bağlı yeni ideyalar müzakirə edilib.

İspaniyaya rəsmi səfəri çərçivəsində Madriddəki Dəniz Muzeyini ziyarət edən Tatlıoğlu kapitan Xuan Eskriqas Rodriges tərəfindən qəbul edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HDQ  


Bizi "telegram"da izləyin