Litva RBS 70 NG Mobil Hava Hücumundan Müdafiə Sisteminə üstünlük verib

2024/07/MSHOR-1720597547.jpg
Oxunub: 443     15:12     10 İyul 2024    
Litva “Saab” tərəfindən istehsal olunan RBS 70 NG Mobil Hava Hücumundan Müdafiə (HHM) Sisteminə üstünlük verib.

Ordu.az xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb.

Portativ HHM raketi olan RBS 70 NG Litva tərəfindən avtomobilə quraşdırılmış sistem kimi istifadə ediləcək.

2025-2027-ci illər arasında çatdırılması gözlənilən bu sifarişin dəyərinin təxminən 123 milyon dollar olduğu açıqlanıb.

Sifariş paketinə Mobil Atış Birlikləri, Mobil Radar Bölmələri, Komanda və İdarəetmə (C2) Sistemi, hərtərəfli təlim paketi və RBS 70 NG təlim simulyatoru daxildir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   RBS   70NG  


Bizi "telegram"da izləyin