Britaniya Müdafiə Nazirliyi: 42 min Ukrayna hərbi qulluqçusunun təlimini tamamladıq

2024/07/2024--1720597445.jpg
Oxunub: 481     14:38     10 İyul 2024    
Böyük Britaniya Müdafiə Nazirliyi 42 mindən çox ukraynalı hərbi qulluqçunun Böyük Britaniyada əsas hazırlığı bitirdiyini və Rusiya müdaxiləsinə qarşı mübarizəyə qoşulmaq üçün Ukraynaya qayıtdığını açıqlayıb.

Ordu.az xəbər verir ki, 2022-ci ilin iyun ayından başlayan və Ukrayna qüvvələrinə ilkin hərbi təlimlər verən “Interflex” əməliyyatı çərçivəsində həyata keçirilən təlimlərin həftə sonu yekunlaşdığı bildirilib.

Böyük Britaniyanın müdafiə naziri Con Healey Odessaya son səfəri zamanı Britaniyanın Ukraynaya olan sarsılmaz öhdəliyindən danışıb və hərbi təlimlərin artırılacağını açıqlayıb.

“Ukrayna xalqının yanında olmaq öhdəliyimiz mütləqdir. Rusiya təcavüzünə qarşı çıxmaq və Putini hərbi cinayətlərinə görə təqib etmək əzmimiz davam edəcək”, - deyə o vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   MN   Ukrayna  


Bizi "telegram"da izləyin