Fransız müdafiə istehsalçısı “Thales” raket istehsalını 5 dəfə artırır

2024/07/2024--1720597351.jpg
Oxunub: 499     14:20     10 İyul 2024    
Fransanın müdafiə şirkəti “Thales” Avropa silahlı qüvvələrinin ehtiyaclarını qarşılamaq üçün raket istehsalını 5 dəfə artırdığını açıqlayıb.

Ordu.az xəbər verir ki, “Thales” bu məqsədə çatmaq üçün Belçikada yeni bir montaj xətti qurduğunu bildirib.

Məlumata görə, “Thales” ildə 1000 idarə olunan raket istehsal edir, lakin 2025-ci ilə qədər bu rəqəmi 5000-ə çatdırmağı hədəfləyir.

Şirkət, həmçinin planlaşdırılmış artımı dəstəkləmək üçün onlarla daha çox işçi işə götürdüyünü və təchizat zəncirini gücləndirdiyini qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Thales  


Bizi "telegram"da izləyin