Daşnaksütun nümayəndəsi: “Mövcud vəziyyət Fransa-Azərbaycan kommersiya münasibətlərində dəyişikliyə səbəb ola bilməz”

2024/07/1720595327.jpg
Oxunub: 525     15:00     10 İyul 2024    
“Mövcud vəziyyət Fransa-Azərbaycan kommersiya münasibətlərində hansısa dəyişikliyə səbəb ola bilməz”.

Ordu.az xəbər verir ki, bunu Daşnaksütun təşkilatının Qərbi Avropa Mərkəzi Komitəsinin nümayəndəsi Hraç Varjapetyan deyib.

Varjapetyan qeyd edib ki, çünki xarici siyasət ölkə prezidentinin hüquqları altındadır.

“Parlament xarici siyasətdə bəzi təkliflər verə bilsə də, xarici siyasət birbaşa prezidentin səlahiyyətləri ilə bağlıdır, prezident seçkiləri isə 2027-ci ildə keçiriləcək. Başqa sözlə, bu müddət ərzində Fransanın xarici siyasətində nəyinsə dəyişməsi ehtimalı azdır”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Azərbaycan  


Bizi "telegram"da izləyin