İran parlamentinin keçmiş deputatı: “Pezeşkian istəsə belə, “qırmızı xət”ləri keçə bilməz”

2024/07/1720595270.jpg
Oxunub: 505     14:40     10 İyul 2024    
“İranın xarici siyasəti və təhlükəsizliyi ilə bağlı məsələlər İranın ali ruhani lideri Ayətullah Əli Xameneyi tərəfindən təsdiqlənir”.

Ordu.az xəbər verir ki, bunu İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianla 12 il işləmiş İran parlamentinin keçmiş deputatı Robert Beqlaryan deyib.

Onun sözlərinə görə, İran tərəfindən hər şey indiyə qədər necə olubsa, indi də elə olacaq.

“Cənab Pezeşkian istəsə belə, İran tərəfi üçün də fəaliyyət göstərən “qırmızı xət”ləri keçə bilməz. Onun üçün İran-Ermənistan münasibətlərinin arxa plana keçəcəyini düşünmürəm, əminəm ki, xarici siyasətdə Türkiyə və Azərbaycanın xeyrinə köklü dəyişiklik olmayacaq”, - deyə Beqlaryan qeyd edib.

Beqlaryan bildirib ki, geosiyasi proseslər kontekstində Zəngəzur vilayətinin əhəmiyyəti vurğulandığı üçün indi Ermənistan tərəfi infrastrukturun inkişafı baxımından İranla çox fəal işləməlidir.

“Ermənistanın hakimiyyətindən asılı olmayaraq, Ermənistanın təhlükəsizliyi məsələsi İran üçün həssasdır”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pezeşkian   İran   Qırmızı-xətt  


Bizi "telegram"da izləyin