Polşalı ekspert: “Gürcüstanda baş verən proseslər nəticədə Ermənistana qərb silahlarının verilməsini çətinləşdirəcək”

2024/07/Burec-1720595122.jpg
Oxunub: 787     17:28     10 İyul 2024    
“Əgər Gürcüstan Qərbdən ayrılsa və ya başqa istiqamətdə getməyə başlasa, Qərbin Ermənistanı dəstəkləməsi çox çətin olacaq”.

Ordu.az xəbər verir ki, bunu polşalı politoloq Voyçex Quretski deyib.

Onun sözlərinə görə, belə dəyişikliklər Qərbin Ermənistana çıxışının olmamasına gətirib çıxaracaq.

Ekspert qeyd edib ki, hətta indiki zamanda Gürcüstan vasitəsilə bu əlaqəni saxlamaq o qədər də asan deyil.

“Əgər Gürcüstan həqiqətən də xarici siyasət oriyentasiyasını dəyişsə, Ermənistana dəstək problemi çox mürəkkəbləşəcək. Qərbin Ermənistanı dəstəkləmək arzusu var, lakin texniki baxımdan bunu etmək çox çətin olacaq”, - deyə politoloq bildirib.

Quretski vurğulayıb ki, Gürcüstanda bu cür dəyişikliklər Qərbdən silah tədarükünə mənfi təsir göstərə bilər.

O əlavə edib ki, Gürcüstanda baş verən proseslər nəticədə Ermənistana qərb silahlarının verilməsini çətinləşdirəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qərb   Gürcüstan  


Bizi "telegram"da izləyin