“Joğovurd”: Küçə mübarizəsi payızda yenidən böyük sürətlə davam edəcək

2024/07/timth-1720594940.jpg
Oxunub: 483     17:53     10 İyul 2024    
“Vətən naminə Tavus” hərəkatı payızda yenidən küçə mübarizəsini böyük sürətlə davam etdirəcək.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edib ki, hərəkatın lideri Baqrat Srbazan sentyabrın 2-dən hakimiyyət dəyişikliyi tələbi ilə mitinq və etiraz aksiyalarına başlamağı planlaşdırır.

“Bu günlərdə Baqrat Srbazan müxtəlif siyasi qüvvələrin və digər sferaların nümayəndələri ilə fəal şəkildə görüşlər keçirir, müzakirələr aparır, hərəkatın formatı və nə etməli olduğu ilə bağlı məsələləri müzakirə edir. Nəşrimizin mənbələrinə görə, Baqrat Srbazan həm qohumlarının əhatəsində, həm də siyasi qüvvələrlə görüşləri zamanı bildirib ki, 2026-cı ildəki növbəti seçkiləri gözləməyəcək, çünki vəziyyət günü-gündən mürəkkəbləşir, hakimiyyət tərəddüd etmədən yeni əraziləri təhvil verir, ölkənin sərhədləri getdikcə kiçilir: buna görə də növbəti seçkiləri gözləmək Ermənistan üçün fəlakətli ola bilər. Baqrat Srbazan hakimiyyətin təzyiq altında erkən seçkilərə getməsi, yəni erkən seçkilərin Srbazanın gündəmində olması üçün hər şeyi edəcəyini bəyan edib. Bəlkə də qeyd edə bilərik ki, payızda Ermənistanın siyasi meydanı isti olacaq”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Etiraz  


Bizi "telegram"da izləyin