İrəvan şəhərinin başçısı ətrafında dairə yaxın vaxtlarda daralacaq - Paşinyan nədən narazıdır?

2024/07/1720594825.jpg
Oxunub: 441     17:08     10 İyul 2024    
İrəvan şəhərinin başçısı Tiqran Avinyan ətrafında dairə yaxın vaxtlarda daralacaq.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

“Hakimiyyət kulislərində düşünürlər ki, 1 illik hakimiyyətdən sonra Paşinyan ağsaqqallar şurası vasitəsilə ona etimadsızlıq prosesi təşkil edəcək və Avinyandan fərqli olaraq özü tərəfindən idarə olunan Armen Pambuxçyanı şəhər başçısının birinci müavini təyin edəcək. Avinyana qarşı bu münasibətin səbəbini hakim “Vətəndaş Müqaviləsi” partiyasında bilmirlər. Deyirlər ki, etibar etmirlər, xüsusilə Avinyan şəhər başçısı olduqdan sonra daha müstəqil olub. Paşinyan isə müstəqil insanları sevmir. Məhz buna görədir ki, üstü açılan “cinayətlər” onun ətrafı ilə bağlıdır. Sonuncu isə Arabkir inzibati rayonunda məhəllə başçısı olub, ona ev dustaqlığı verilib. Yaxın gələcəkdə inamsızlığa zəmin hazırlayacaq yeni qalmaqallı ifşalar ola bilər. Qanun şəhər başçısı seçildikdən sonra 1 il toxunulmazlıq verir, yəni o, oktyabrın 10-dək toxunulmazdır. Xatırladaq ki, hakim partiya ağsaqqallar şurasında çoxluğa malik deyil, Avinyan Aram Sarkisyan və Vardan Qukasyanın sayəsində şəhər başçısı olub”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Narazı   İrəvan  


Bizi "telegram"da izləyin