Erməni ekspert: “Gürcüstandakı bütün bu proseslər Ermənistan üçün çox önəmlidir, regionda vəziyyət dəyişə bilər”

2024/07/01-1720594691.jpg
Oxunub: 602     16:46     10 İyul 2024    
“Mən dərin proseslər görmürəm, bəli, deyə bilərik ki, bəzi sanksiyalar Aİ tərəfindən Gürcüstana tətbiq olunacaq və artıq tətbiq edilir”.

Ordu.az xəbər verir ki, bunu Gürcüstan məsələləri üzrə erməni ekspert Conni Melikyan deyib.

Onun sözlərinə görə, Gürcüstanın Müdafiə Nazirliyinə 30 milyonluq yardım dondurulub, ABŞ tərəfindən hərbi təlimlər dayandırılıb, rəsmilərə qarşı ABŞ bəzi viza sanksiyaları tətbiq edib, bəlkə də Aİ daha bir neçə addım atacaq.

“Amma burada məsələ ondadır ki, bu gün anlaşma var. Bütün partiyalar başa düşürlər ki, oktyabrda Gürcüstanda seçkilər keçiriləcək və daha kəskin addımlar atmayacaqlar. Payızda Gürcüstanda keçiriləcək seçkilərin nəticələrindən çox şey asılıdır. Bütün bu proseslər Ermənistan üçün çox önəmlidir və aydındır ki, istər mənfi, istərsə də müsbət təsir bütün regionda vəziyyəti ciddi şəkildə dəyişə bilər”, - deyə Melikyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Gürcüstan  


Bizi "telegram"da izləyin