Erməni hərbi qulluqçunun anası: “Anna Hakopyan, anaların qarşısında baş əymə, bizdən uzaq dur, bizi rahat burax”

2024/07/1720594533.jpg
Oxunub: 523     15:47     10 İyul 2024    
“Anna Hakopyan (Ermənistan Baş nazirinin arvadı-red.), anaların qarşısında baş əymə, bizdən uzaq dur, bizi rahat burax”.

Ordu.az xəbər verir ki, bunu məhv edilmiş erməni hərbi qulluqçu Jirayr Marqaryanın anası Naira Marqaryan “Facebook” səhifəsində yazıb.

“Anna Hakopyan, anaların qarşısında baş əymə, bizdən uzaq dur, bizi öz “ağ-qara” məclislərinlə, “vaçik-hraçik” mahnı və rəqsinlə, qırmızı diplom mərasiminlə rahat burax. Ya da necə istəyirsən, nə istəyirsən, et, amma dünyanın qarşısında etmə. Anaları ağ və qaraya bölməyin. Mən heç bir tənqidçi, ana istəmirəm. Siyasi baxışlardan asılı olmayaraq, bizdən uzaq ol, bizi dərdimizlə burax”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Əsgər-anası.   Anna-Hakopyan  


Bizi "telegram"da izləyin