Ermənistan AES məsələsində Rusiya ilə Qərb arasında oyun oynayır

2024/07/1720594286.jpg
Oxunub: 615     15:25     10 İyul 2024    
“Daha öncə yazmışdıq ki, aprelin 5-də Brüsseldə keçirilən Paşinyan-Blinken-Lyayen görüşündə Qərbin yeni Atom Elektrik Stansiyasının (AES) tikintisinə başlaması üçün AES-in bağlanması ilə bağlı dərc olunmamış razılaşma olub”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, konkret ifadə belədir: “ABŞ və Aİ Ermənistanın Metsamor AES-in bağlanması üçün nüvə enerjisi proqramını dəstəkləyəcək, bundan sonra yeni AES-in tikintisi üçün maliyyə ayrılacaq”.

“Lakin məlum olur ki, AES 2036-cı ilə qədər fəaliyyət göstərəcək, çünki ötən ilin sonunda Ermənistan hakimiyyəti Rusiya ilə AES-in yenidən təchiz edilməsi və istismar müddətinin uzadılması üçün 65 milyon ABŞ dolları məbləğində müqavilə imzalayıb. Bu məbləğin müqabilində “Rosatom” dövlət korporasiyasının tabeliyində olan şirkətlər AES-in 2-ci enerji blokunun “ömrü”nün uzadılmasına yönəlmiş bütün işləri, reaktorların quraşdırılması sistemləri və avadanlıqları ilə bağlı işləri təmin etməlidir. Üstəlik, hökumətdəki mənbələrə görə, həm Qərb, həm də Rusiya ilə yeni AES tikmək üçün danışıqlar aparılır. Ermənistan hökuməti Rusiya Federasiyasını daha az gücə malik yeni enerji bloku tikməyə inandırır, lakin onlar güclü enerji bloku tikməyə hazırdırlar ki, Ermənistan da enerji ixrac edən ölkəyə çevrilsin. AES-in birinci enerji bloku 1976-cı ildə, ikincisi isə 1980-ci ildə istismara verilib. Hazırda istismar müddəti 2016-cı ildə başa çatmalı olan cəmi 1 enerji bloku işləyir, lakin texniki yenidən təchiz olunma ilə istismar müddəti 10 il uzadılıb. İndi daha 10 il, 2036-cı ilə qədər uzadılacaq. Atom elektrik stansiyası hazırda Ermənistanda istehsal olunan elektrik enerjisinin təxminən 40 faizini təmin edir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   AES   Rusiya   Qərb  


Bizi "telegram"da izləyin