Mahaçqalada kilsədə girovların olması barədə məlumat yayılıb

2024/06/1719170821.jpg
Oxunub: 224     23:24     23 İyun 2024    
Mahaçqalada kilsədə girovların olması barədə məlumat yayılıb.

Ordu.az xəbər verir ki, yerli media Mahaçqalada silahlıların əlində əsirlərin olması barədə məlumat yayıb.

"Kilsədən kənarda döyüşlər gedir, keşiş və kilsəyə ziyarətə gələnlər otaqlardan birində barrikada qurublar", deyə RİA Novosti kilsənin içərisində silahlıların olmadığı barədə xəbər yayıb.

Dağıstanın Daxili İşlər Nazirliyi agentliyə Mahaçqaladakı kilsədə girovların olması ilə bağlı məlumatı təkzib edib.

Qurumdan bildirilib ki, kilsənin yaxınlığında atışma gedir.

REN TV-nin mənbəsinin verdiyi məlumata görə, Mahaçqalada kilsədə girovlar yoxdur, təhlükəsizlik qüvvələri zirehli texnikadan istifadə edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mahaçqala   Terror  


Bizi "telegram"da izləyin