Britaniyada yeni lazer silahların təqdimat vaxtı açıqlanıb

2024/05/dsd66-1716880001.jpg
Oxunub: 270     00:29     24 İyun 2024    
Fransanın "Thales" sənaye qrupunun Britaniya qolu gələn il “dron qatil” adlı yeni silahı təqdim etməyi planlaşdırır.

Ordu.az-ın məlumatına görə, bu barədə "Financial Times" qəzetinə müsahibəsində bölmənin rəhbəri Aleks Kressvel bildirib.

"Nümayiş etdirdiyimiz sistem gələn ilin əvvəlində istifadəyə verilə bilərmi? Bəli, əlbəttə ki, ola bilər", - o deyib.

Qeyd edək ki, bu yay Böyük Britaniyanın sınaq poliqonlarında sınaqdan keçirilən yeni radiotezlikli lazer silahı (RFDEW) ölkənin Müdafiə Nazirliyi ilə razılaşma əsasında hazırlanır.

Bu sistem mövcud raketdən müdafiə sistemlərinə ən ucuz alternativ olacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Lazer  


Bizi "telegram"da izləyin