ABŞ-də atışma zamanı 4 nəfər ölüb

2024/05/1717132874.jpg
Oxunub: 244     09:04     23 İyun 2024    
ABŞ-ın Arkanzas ştatının Fordays şəhərində atışma nəticəsində 4 nəfər həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarının əməkdaşlarına istinadən “Associated Press“ məlumat yayıb.

“Atışma zamanı həlak olanların hamısı mülki şəxslərdir”, - məlumatda deyilir.

Həmçinin 14 nəfər yaralanıb. Onların arasında 11 mülki şəxs, iki polis əməkdaşı və bir şübhəli var.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Atışma  


Bizi "telegram"da izləyin