“Kiberməkan getdikcə daha çox münaqişələrdə silah kimi istifadə olunur” - Antonio Quterreş

2023/04/1681709714.jpg
Oxunub: 266     12:13     23 İyun 2024    
Cənubi Koreyanın xarici işlər naziri Ço Tae-yulun sədrliyi ilə BMT Təhlükəsizlik Şurasında kibermüdafiə üzrə yüksək səviyyəli sessiya keçirilib.

Ordu.az xəbər verir ki, burada çıxış edən BMT Baş katibi Antonio Quterreş rəqəmsal sahədə əldə edilən irəliləyişlərin iqtisadiyyatları və cəmiyyətləri kökündən dəyişdirdiyini bildirib.

Quterreş kiberməkanın faydaları ilə yanaşı, bəzi riskləri də gətirdiyinə diqqət çəkib.

O qeyd edib ki, kiberməkan getdikcə daha çox münaqişələrdə silah kimi istifadə olunur.

Quterreş deyib ki, ani əlaqənin böyük faydaları ilə yanaşı, kiberməkan insanları, qurumları və ölkələri həssas edə bilər.

BMT Baş katibi rəqəmsal texnologiyaların silahlanmasından irəli gələn risklərin hər il artdığına diqqət çəkib.

“Kiberməkan öz qapılarını geniş açıb və istəyən hər kəs bu qapılardan daxil ola bilər. Kiberməkanda dövlətlərin, qeyri-dövlət aktorlarının və cinayətkarların zərərli fəaliyyətləri artır”, - deyə o bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kiberməkan   BMT  


Bizi "telegram"da izləyin