Almaniya 105 yeni “Leopard 2A8” əsas döyüş tankı sifariş edəcək

2024/06/image-1719046696.jpg
Oxunub: 316     14:19     23 İyun 2024    
Almaniyanın təxminən 3 milyard avro dəyərində 105 yeni “Leopard 2A8” əsas döyüş tankı sifariş edəcəyi bildirilib.

Ordu.az xəbər verir ki, “Spiegel” jurnalının saytında yer alan xəbərdə Almaniya Müdafiə Nazirliyinin silah istehsalçısı “Krauss-Maffei Wegmann” və “Nexter” (KNDS) ortaq müəssisəsindən təxminən 3 milyard avro dəyərində 105 “Leopard 2A8” əsas döyüş tankı sifariş edəcəyi iddia edilib.

Bundestaqın Büdcə Komissiyasına təqdim edilən məxfi hesabata istinad edən “Spiegel”in xəbərində Komissiyanın bu sərəncamı təsdiq etməli olduğu bildirilib.

Komissiyaya təqdim olunan sənəddə qeyd olunub ki, yeni yaradılacaq tank briqadası NATO alyansında irəli müdafiənin ilk elementlərindən biri olacaq.

Vurğulanıb ki, sifariş veriləcək tanklar 2030-cu ilə qədər orduya təhvil veriləcək.

Hazırda Almaniya Silahlı Qüvvələrinin inventarında təxminən 310 müxtəlif növ “Leopard” tankı var. Yeni alışlarla bu rəqəm üçdə bir göstəricisində artacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Leopard-2A8  


Bizi "telegram"da izləyin