“Ermənistanın tam Qərbə yönəlməsi baş verərsə, Ermənistan-Rusiya münasibətlərindən yalnız iqtisadi hissə qalacaq” - Felgenhauer

2024/06/1719046510.jpg
Oxunub: 436     11:28     23 İyun 2024    
Rusiya Xarici İşlər Nazirliyi Ermənistana NATO və ABŞ-nin himayəsi altına keçməyin nəticələri barədə xəbərdarlıq etməyə başlayır.

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “Komsomolskaya Pravda”ya müsahibəsində bəyan edib ki, Ermənistanın ABŞ və NATO “çətiri” altına keçməsi Rusiya Federasiyası ilə və KTMT çərçivəsində ümumi müdafiə sahəsinin saxlanmasını qeyri-mümkün edəcək.

Ordu.az xəbər verir ki, rusiyalı hərbi-siyasi analitik Pavel Felgenhauer bu halda xarici işlər nazirinin müavininin sözlərinin əsas götürülməli olduğunu deyib.

Onun sözlərinə görə, ümumi mənada Ermənistan-Rusiya hərbi-texniki əməkdaşlığı, siyasi əlaqələri Ermənistan hakimiyyətinin qəbul etdiyi xarici siyasi qərarlar, eləcə də müharibə dövründə Rusiyanın hərbi-texniki imkanlarının aşağı düşməsi fonunda zəifləyir.

Felgenhauer qeyd edib ki, başqa sözlə, Ermənistanla Rusiya arasında hərbi-texniki əməkdaşlığın azalmasının bir sıra obyektiv səbəbləri var.

“Ancaq o da təbiidir ki, Ermənistanla Qərbin əməkdaşlığı bu sahədə dərinləşsə və Ermənistan KTMT-dən çıxmasa, o zaman burada problemlər yaranır, çünki Rusiya ilə Qərb müharibə edir və belə bir vəziyyət risklər yaradacaq, ona görə də Ermənistanın tam Qərbə yönəlməsi baş verərsə, Ermənistan-Rusiya münasibətlərindən yalnız iqtisadi hissə qalacaq”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Ermənistan   Qərb  


Bizi "telegram"da izləyin